10:38 - 6.08.2026
6 avqust, Fineko/abc.az. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası davam etdirilir.
"AzInTelecom" MMC-dən bildirilib ki, fərmanın icrası çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na miqrasiya edib. Adıçəkilən qurumlar İT resurslarını "AzInTelecom"a məxsus Bakı Əsas data mərkəzində yerləşdiriblər.
Qurumlara "Virtual server" – IaaS (İnfrastruktur xidmət kimi) xidməti təqdim olunub. Layihə sayəsində dövlət qurumlarının cari İT xərcləri azalır, sistemlərin məhsuldarlığı yüksəlir və 24/7 rejimində təhlükəsiz İT infrastrukturu təmin edilir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026