17:11 - 5.08.2026
5 avqust, Fineko/abc.az. "Meta" şirkətinin rəhbəri Mark Zukerberq platformalarda uşaqların cinsi istismarı materiallarının yayılması, dipfeyk kontentlər və operativ texniki səhvlərə görə Hindistan hökumətindən üzr istəyib. Üzr bəyanatı "Meta" rəhbərliyi ilə Hindistan hökumət rəsmiləri arasında keçirilən görüşdə təqdim olunub.
Məsələ iyul ayında Hindistan hökumətinin "Instagram"da uşaqların cinsi istismarı materiallarını təşviq edən reklam və kontentlərin dərhal silinməsini tələb etməsindən sonra kəskinləşmişdi. Bundan əlavə, "Facebook"un Hindistanın Baş naziri Narendra Modinin postunu texniki xəta səbəbindən müvəqqəti bloklaması rəsmi Dehlinin sərt reaksiyasına və "Meta" nümayəndələrinin izahat üçün çağırılmasına səbəb olmuşdu.
Xatırladaq ki, Hindistan bu il onlayn platformalar üçün kontent qaydalarını sərtləşdirib. Yeni tənzimləmələrə əsasən, məhkəmələr və ya hökumət tərəfindən qanunsuz elan edilən kontentlər əvvəlki 36 saat əvəzinə 3 saat ərzində platformalardan silinməlidir, əks halda şirkətlər hüquqi toxunulmazlıq statusunu itirmək riski ilə üzləşirlər.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026