10:08 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Texniki alışların dəstəyi və Yaxın Şərqdə artan gərginlik fonunda spot qızılın qiyməti 0,9% artaraq bir unsiya üçün 4 113,73 dollara çataraq iyulun 10-dan bu yana en yüksək göstəricisini qeydə alıb.
Avqust fyuçersləri isə 1,1% yüksələrək 4 119,10 dollar olub. Qiymət artımına Yəməndə Husi təhlükəsi səbəbindən Qırmızı dənizdə neft tankerlərinin marşrutunu dəyişməsi və neftin 1%-dən çox bahalaşması təkan verib.
Qızıl bazarında həmçinin investorlar gələn həftə keçiriləcək ABŞ FES (Fed) iclasından faiz dərəcələrinə dair siqnalları gözləyirlər.
Digər qiymətli metallardan gümüş 59,82 dollara (1,8%), platin 1 655,61 dollara (1,6%), palladium isə 1 302,25 dollara (1,6%) yüksəlib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026