10:30 - 22.06.2026
22 iyun, Fineko/abc.az. Çin kapitallı “Huawei Technologies Azərbaycan” MMC-də rəhbəri dəyişdirilib.
ABC.AZ xəbər verir ki, Yang Tianxiao şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Xu Hui-ni əvəzləyib. Xu Hui 2021-ci ildən müvafiq vəzifədə çalışırdı.
“Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026