16:12 - 15.05.2026
15 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3407,0 min ton, dəniz nəqliyyatı ilə 1391,8 min ton və avtomobil nəqliyyatı ilə 2705,2 min ton yük daşınıb.
ABC.AZ xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3863,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1853,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2265,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1265,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 109,9 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 44,3 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 48,8 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 89,4 faizini tranzit yüklər təşkil edib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026