16:16 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl “Temu”dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb.
ABC.AZ xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı söz açıb.
"Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava linanına qoyuldu. Axı ünvanı, məhsulu yoxlamaq lazımdır. Ona görə də biz məcbur olduq balansı qoruyaq. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, elə bir dərmanlar, psixotrop maddələr gətirilə bilər ki. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyərsiniz ki, gömrük orqanları yoxlamır. Buna görə, bir müddət, təqribən 2 həftə kimi “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin “Temu”nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin”, - komitə sədri bildirib.
©Qafqazinfo
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026