AccessBank-ın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb - FOTO

11:55 - 20.04.2026


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "AccessBank"ın VİP Club məhsulu rebrendinq olunaraq “Private Banking”ə çevrilib. Rebrendinqdən sonra “Private Banking” artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modeli olub.

ABC.AZ xəbər verir ki, bunu Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva təqdimat mərasimində bildirib.

O qeyd edib ki, son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib.

"Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub. Hazırda “Private Banking” çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib" - deyə V.Quliyeva bildirib.

Private Banking məhsulunun rəhbəri deyib ki, yeni mərhələdə Bank premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.

Müəllif: Elmir Muradov