2025-ci ildə Azərbaycanın iqtisadiyyatı artımını davam etdirib - BFB

11:52 - 10.04.2026


10 aprel, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın iqtisadiyyatı artımını davam etdirib, lakin artım tempi mülayimləşməyib.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2025-ci il üçün hesabatında qeyd edilib.

Sözügedən hesabatda vurğulanıb ki, real ÜDM 2024-cü ildəki 6.1%-dən sonra 1.4% artıb, nominal ÜDM isə 129.1 milyard manata çatıb.

"Qeyri-neft ÜDM-i 2.7% artaraq qeyri-enerji sektorlarının iqtisadi artıma davamlı töhfəsini əks etdirib. Dövlət borcu üzrə göstəricilər sabit qalmış və fiskal mövqenin güclənməsi ilə dəstəklənmişdir. 2025-ci ildə dövlət büdcəsi ÜDM-in 0.4%-i həcmində profisitlə nəticələnib (2024: 0.4% kəsir). Dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 21.7%-dən 20.1%-ə enərək büdcə siyasətinin sabitliyinin qorunduğunu göstərib. Struktur baxımından xarici borc 8.2 milyard manata yüksəlmiş, daxili borc isə 17.8 milyard manat səviyyəsində qalaraq ümumi dövlət borcunun əsas hissəsini təşkil edib", - deyə hesabatda qeyd edilib.

Müəllif: Elmir Muradov