17:22 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. 2025–2030-cu illər ərzində Ağdərə rayonunun Canyataq kəndində yerləşən "Dəmirli" Filiz Emalı Kompleksindən Çinə 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton misin ixracı nəzərdə tutulur.
ABC.AZ-ın məlumatına görə, bu barədə kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilib.
Qeyd olunub ki, bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır: "İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək".
Bildirilib ki, "Dəmirli" Filiz Emalı Kompleksinin yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb. Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026