16:37 - 5.12.2025
5 dekabr, Fineko/abc.az. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ Bərgüşadçay su anbarının tikintisi ilə bağlı yeni satınalma müqaviləsi imzalayıb.
ABC.AZ xəbər verir ki, müqavilə “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret A.Ş.” şirkətinin Azərbaycan filialı ilə bağlanıb. Layihə çərçivəsində su anbarının inşası üçün ayrılan məbləğ 51 765 414,8 AZN təşkil edir.
Qeyd edək ki, “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret A.Ş.” Türkiyədə fəaliyyət göstərən və su anbarları, hidrotexniki qurğular, yol və infrastruktur layihələrində ixtisaslaşan şirkətdir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026