15:14 - 27.10.2025
27 oktyabr, Fineko/abc.az. Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa edilməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus "Əsaslı Tikinti və Təchizat" MMC hazırlığa başlayıb.
Məlumata görə, ilkin olaraq bərpa və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar karvansarayının eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər. Onun memarı məlum deyil.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026