17:30 - 24.10.2025
24 oktyabr, Fineko/abc.az. General-mayor İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 50 yaşlı İlqar Abbasov 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.
Dövlət başçısının digər Sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026