14:04 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi artıq Xankəndidə yerləşəcək.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Eyni zamanda Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bundan sonra müvəqqəti olaraq Xankəndi şəhəri və Ağdərənin inzibati ərazilərində də yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək.
Qeyd edək ki, indiyə qədər Baş İdarə Bərdə şəhərində yerləşirdi.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026