15:50 - 21.08.2025
21 avqust, Fineko/abc.az. Yeni tədris ilindən etibarən Türkiyənin bir sıra məktəblərində dərslərin başlanğıcını və sonunu göstərən zənglər ləğv ediləcək. Belə ki, şagirdlər cədvəli özləri izləyəcəklər. Digər məktəblərdə zənglərin həcmi azalacaq və melodiyalar Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək.
ABC.AZ xəbər verir ki, bundan başqa, tədris ili ekoloji həftədən başlayacaq, dərslərdə telefonların qadağan edilməsi, kitabxanaların aktiv istifadəsi və kənd məktəblərinə dəstək tədbirləri ilə davam edəcək. "Sıfır tullantı" çərçivəsində dərsliklər yenidən istifadə üçün geri qaytarılacaq.
Dekabrın 12-dən 18-dək milli özünüdərkin gücləndirilməsi, qənaətcillik və lokal istehsalın dəstəklənməsi tədbirləri keçiriləcək.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026