16:03 - 5.05.2025
5 may, Fineko/abc.az. Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb.
ABC.AZ DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51 743 manat pulunu ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026