15:04 - 17.04.2025
17 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 508,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, gələnlərin 24,7 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil edib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026