11:25 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 4 milyard 97 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə öz əksini tapıb. Kredit portfeli aylıq müqayisədə 77,5 milyon manat (1,9%), ötən ilin sonu ilə müqayisədə 467,8 milyon manat (12,9%), illik müqayisədə 637,1 milyon manat (18,4%) böyüyüb.
Qeyd edək ki, ipoteka kredit portfeli bu ilin avqustun 1-nə 4 milyard 19,5 milyon manatın, yanvarın 1-nə 3 milyard 629,2 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 459,9 milyon manat təşkil edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026