Ağdam Mərkəzi Xəstəxanası 5 milyon manata tikiləcək

15:45 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi “Uni KO” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisi (I MƏRHƏLƏ) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4.915.253,88 AZN təşkil edir.