10:04 - 9.06.2023
9 iyun, Fineko/abc.az. Azərbaycan İtaliyadan təyyarələr alır.
ABC.AZ xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi C-27J Spartan təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə kontrakt imzalayıb.
C-27J Spartan təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
"Leonardo" kompaniyası bildirib ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026