09:55 - 8.06.2022
8 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətdə artmağa davam edir.
London ICE Futures birjasında Brent neftinin avqust fyuçerslərinin qiyməti saat 9:19-da $0,57 (0,47%) - barrel başına $121,14-ə qədər bahalaşıb. 7 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $1,06 (0,89%) - barrel başına $120,57-ə yüksəldi.
Saat 09:19-da Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri $0,68 (0,57%) barrel başına $120,09 - a qədər artıb. 7 iyun ticarətinin nəticələrinə görə, iyul ayı üçün neft fyuçersinin qiyməti $0,91 (0,77%) - barrel başına $119,41-a yüksəldi.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
15 Oktyabr 2026