15:15 - 7.06.2022
7 iyun, Fineko/abc.az. 2022-ci ilin may ayında Rusiyadan Antalyaya turist axını 224,3 min nəfər olub.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatında bildirilir.
Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə azalma deməkdir.
Bu ilin cəmi beş ayında ruslar Antalyaya 367,8 min dəfə səfər ediblər ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır.
Turist axınının azalmasına, koronavirus məhdudiyyətləri, geosiyasət və sanksiyalar səbəb olub.
Müəllif: Elmir Murad
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026