11:13 - 4.05.2022
4 may, Fineko/abc.az. Cari il martın 31-nə Norveçin “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 633 mln. ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin hesabatına qeyd edilib.
Hesabata əsasən, bu da illik müqayisədə 3,5% azalma deməkdir. 2021-ci il martın 31-nə “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 692 mln. dollar olub.
Xatırladaq ki, “Equinor” Azərbaycanda Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində (7,27%) və Bakı-Tbilisi-Ceyhan neft kəməri konsorsiumda (8,71%) təmsil olunub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026