11:52 - 28.04.2022
28 aprel, Fineko/abc.az. ABŞ Rusiyanı daha da sıxışdırmaq üçün Hindistanın əsas xarici tərəfdaşı kimi Rusiyanı əvəz etməyə çalışır.
ABC.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar və Hindistan arasında strateji yaxınlaşma getdikcə artır.
"Bu tərəfdaşlıq gələcək onilliklər ərzində bizim ən mühüm, fundamental tərəfdaşlıqlarımızdan birinə çevrilmək potensialına malikdir", - Blinken bildirib.
Blinken daha sonra qeyd edib: "Vaşinqton demək olar ki, bütün sahələrdə, o cümlədən ticarət, elm və texnologiya, təhsil, təhlükəsizlik sahələrində Hindistan üçün üstünlük verilən tərəfdaş olmaq istəyir".
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
2 Oktyabr 2026