11:40 - 28.04.2022
28 aprel, Fineko/abc.az. ABŞ Prezidenti Co Bayden mayın sonunda Yaponiyaya səfər edəcək.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O deyib ki, prezident Cozef Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün 20-24 may tarixlərində Koreya Respublikasına və Yaponiyaya səfər edəcək.
Onun sözlərinə görə, hər bir ölkədə Bayden yerli liderlər - Koreyanın yeni seçilmiş Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kişida ilə ikitərəfli görüşlər keçirəcək.
ABŞ Prezidenti Tokioda Avstraliya və Hindistan liderləri ilə də görüşəcək.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026