Vəzifəsindən çıxarılmışdı yenidən rəis oldu - “Azərenerji”də təyinat

14:19 - 17.02.2022


17 fevral, Fineko/abc.az. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində kadr təyinatı olub.

ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, Saleh Abdullayev qurumun Regional Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan əvvəl bu vəzifəni Saqif Ələkbərovun yerinə yetirib.

Qeyd edək ki, Saleh Abdullayev “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bir neçə il əvvəl vəzifəsindən azad edilmişdi.