12:22 - 9.02.2022
9 fevral, Fineko/abc.az. Bakıda mənzillərin bahalaşması bahalı mənzillərin qiymətinə də təsirini göstərir.
“VECON CONSULTING” qiymətləndirmə şirkətindən ABC.AZ-a verilən məlumata görə, son 2 il ərzində Bakıda ən bahalı mənzilləri olan 10 yaşayış kompleksinin əksəriyyətində qiymətlər artıb. Söhbət kvadratmetrinin qiyməti 4 min manatdan başlayan yaşayış komplekslərindən gedir.
Bu dövrdə ən böyük qiymət artımı Bakının Nərimanov rayonunda yerləşən iki məşhur kompleksdə – «Roseville»də (qiymət artımı 27%) və “Şəhər bağları”nda (23,3%), eləcə də “8 Noyabr” prospektində yerləşən “Azure Residence” kompleksində (23%) qeydə alınıb. Bir kompleksdə – “Gumush Residence”də isə qiymətlər son iki ildə 10% azalıb.
Hazırda Bakıda ən bahalı mənzillər olan yaşayış kompleksi şəhərin mərkəzində yerləşən «Hilton» hotelindədir, hotelin bir hissəsi rezidensiya kimi istifadə olunur, yəni yaşayış mənzilləridir. Buradakı mənzillərin 1 kvadratmetri üçün qiymətlər 7000 manatdan başlayır. Qiymətlərin yüksəkliyinə görə, sonrakı yeri “Port Baku” yaşayış kompleksi tutur – 6000 manat. Üzeyir Hacıbəyov küçəsindəki “Azinko” (Ferrari) yaşayış kompleksində və “Azure Residence”də isə qiymətlər 4000 manatdan başlayır
Siyahıda mənzil qiymətlərinin ən aşağı olduğu kompleks “Tac Residence”dir. Zərifə Əliyeva küçəsindəki kompleksdə qiymətlər kvadratmetr üçün 3700 manatdan başlayır.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026