10:03 - 7.02.2022
7 fevral, Fineko/abc.az. NATO İspaniya Kataloniyasını Fransa ilə birləşdirəcək və Mərkəzi Avropanın Rusiya qazından asılılığını azaldacaq qaz kəmərinin tikintisi imkanlarını araşdırır.
Bu barədə "la Vanguardia" qəzeti krallığın hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Boru kəməri təşəbbüsü üç il əvvəl İspaniya və Fransa tərəfindən imtina edilib, onlar bunu tikintinin iqtisadi cəhətdən səmərəli olmayacağı ilə izah ediblər.
Rusiya ilə gərginlik fonunda qaz kəmərinin tikintisi yenidən gündəmə gəlib.
Qazı Avropaya çatdırmaq üçün Fransa ilə yeni transsərhəd əlaqənin yenidən başlanması məsələsi hazırda NATO rəhbərliyinin iş masasındadır.
Sözügedən layihə Avropaya ilkin tranşda 7 milyard kubmetr qazın ötürülməsini nəzərdə tutur.
© Report
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026