13:18 - 18.10.2017
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanvar-sentyabr aylarında ölkəyə turist axınının artması barədə xəbər verir.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, yanvar-sentyabr aylarında ölkəyə turist axını 21%-ə qədər artıb və ilin sonuna kimi bu göstərici artmağa davam edəcək.
“Hesabat dövrü ərzində ölkəni 2,071 milyon xarici vətəndaş ziyarət edib”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, turist axınının artması həmçinin daxili turizm sahəsində də müşahidə olunur ki, burada artım 20% təşkil etmişdir və yalnız iyun-avqust aylarında 860 mindən çox insan ölkənin regionlarında istirahət etmişdir.
Nazir müavini əlavə edib: “Həm daxili, həm də xarici turizmin ümumi göstəricisi 3 milyon nəfər təşkil edir”.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026