Gələn il neftin 1 bareli 75 dollar səviyyəsində qala bilər - Proqnoz

16:18 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. 2022-ci ildə neftin qiyməti aşağı və ya yuxarı istiqamətdə 10% ətrafında dalğalanma ehtimalı ilə bir barel üçün 75 dollar səviyyəsində qala bilər.

ABC.AZ xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Bu gün gördüyümüz cari səviyyələr olduqca sabitdir: Bu, bir barel üçün 75 dollar civarında. Qiymətdə müsbət və ya mənfi 10% dəyişiklik ola bilər. Mənə elə gəlir ki, gələn il bu parametrlər qala bilər”, - deyə o bildirib.