15:55 - 22.12.2021
22 dekabr, Fineko/abc.az. "Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumundaçıxışı zamanı deyib.
B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.
Hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
15 Oktyabr 2026
14 Oktyabr 2026