10:04 - 24.11.2021
24 noyabr, Fineko/abc.az. Yaponiya da neft ehtiyatlarının bir hissəsini satmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ölkə hakimiyyəti strateji ehtiyatlardakı xam neftin bir hissəsini satacaq.
"Biz ehtiyatlarımızın bir hissəsini satacağıq və neftin qiymətinin sabitləşməsi üçün başqa tədbirlər görəcəyik”, - o vurğulayıb. Eyni zamanda, hökumət başçısı satılacaq ehtiyatların həcmini və bu prosesin vaxtını dəqiqləşdirməyib və iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiudanın müvafiq məlumatı açıqlayacağını bildirib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
15 Oktyabr 2026
14 Oktyabr 2026