15:48 - 9.08.2021
9 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Rusiyanın "Lukoil" şirkəti 38,2 mln. ton neft hasil edib ki, bu da illik müqayisədə 4,3% azdır.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, hasilat üzrə göstəriciyə "Qərbi Kurna-2" (İraq) layihəsi üzrə istehsal edilən neft daxil deyil.
Qeyd olunur ki, hasilatında azalma dinamikası "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ilə əlaqədardır.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026