17:35 - 28.03.2018
28 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib.
Bakı Fond Birjası xəbər verir ki, AMB martın 28-də 50101267S dövlət qeydiyyat nömrəli notlar satıb.
Notlar, 28 gün tədavül müddətinə, 250 milyon manat həcmində təklif edilmişdir.
18 investordan 822 428 min manat məbləğində notların alışına dair 23 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.
AMB-in qərarı ilə, kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmiş və orta ölçülmüş qiymətə bərabər olmuşdur. Nəticədə 250 milyon manat həcmində notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 25 aprel 2018-ci il.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026