14:05 - 25.06.2021
25 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.
Respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026