14:59 - 29.04.2021
29 aprel, Fineko/abc.az. Səngəçal terminalından rüb ərzində 60 milyon bareldən çox neft və kondensat ixrac edilib.
ABC.AZ “BP Azərbaycan”-ın hesabatına istinadən xəbər verir ki, bu ilin birinci rübündə o cümlədən 52 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac həyata keçirilib.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 56 milyon standart kubmetrdən çox Şahdəniz qazı ixrac edilib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026