17:37 - 24.02.2021
24 Fevral, Fineko/abc.az. Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək.
Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026