09:58 - 21.10.2020
21 oktyabr, Fineko/abc.az. Çərşənbə günü hərracında, neftin etalon markalarının qiyməti, ABŞ-da neft ehtiyatlarının artımı haqqında ABŞ Neft İnstitutunun (APİ) məlumatlarına əsasən aşağı düşür.
API bildirir ki, ABŞ-da neft ehtiyatları ötən həftə 584 min barrel artıb. API - nın məlumatına görə, benzinin ehtiyatları 1,6 milyon barel, distillatlar isə 6 milyon barel azalıb. Kuşinq terminalında neft ehtiyatları 1,2 mln. barrel artıb.
Saat 9:20-də London ICE Futures birjasında Brent markalı neftin dekabr ayına olan fyuçersi $0,29 (0,67%) – bir barelə $42,87-a qədər aşağı düşdü. Oktyabrın 20-də keçirilən hərracların nəticələrinə görə, Brent-in dekabr ayı üçün neft fyuçersinin qiyməti $0,54 (1,27%) - barrel başına $43,16-a qədər artıb.
Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,23 (0,55%) – bir barelə $41,47-a qədər aşağı düşdü. 20 oktyabr ticarət nəticələrinə görə, WTI-nin noyabr fyuçersləri $0,64 (1,6%) – $41,70-ə yüksəldi.
14 Oktyabr 2026
14 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026