09:53 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. Dünyada yeni COVİD-19 infeksiyalarının sayının artması ilə əlaqədar tələbatın azalması qorxusu səbəbindən, neftin etalon markalarının qiymətləri çərşənbə günü hərraclarda aşağı düşür.
Saat 9:20-də London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi $0,15 (0,35%) – barrel başına $42,30-ə düşdü. Oktyabrın 13 - də keçirilən ticarətin yekunlarına görə, Brent-in dekabr ayı üçün fyuçersinin qiyməti $0,73 (1,75%) - barrelə görə $42,45-dək artıb.
Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,16 (0,40%) – bir barelə $40,04 qiymətinə düşüb. 13 oktyabr ticarət nəticələrinə görə, noyabr fyuçersləri $0,77 (1,95%) – $40,20 qiymətinə yüksəldi.
OPEC-in oktyabr hesabatında bildirilir ki, 2020-ci ildə dünyada neftə tələbat, 2019-cu illə müqayisədə sutkada 9,5 milyon barel azalacaq ki, bu da bir ay əvvəl edilən qiymətləndirmə ilə uyğun gəlir.
14 Oktyabr 2026
14 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026