10:41 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. Bu gün Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu km-də "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
ABC.AZ report-a istinadən xəbər verir ki, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdırılıb.
Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
15 Oktyabr 2026
15 Oktyabr 2026
15 Oktyabr 2026
15 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026