16:17 - 18.08.2020
18 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.
Bu barədə ABC.AZ-a Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, 2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust tarixinədək ümumilikdə 543,3 milyon ton neft hasil edilib və 542,7 milyon ton neft ixraca nəql edilib
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172 milyard kubmetr, “Şahdəniz”dən isə 127,8 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 avqust tarixinədək 84,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 7 ayında 3,5 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026