10:18 - 27.07.2020
27 iyul, Fineko/abc.az. RESO sığorta şirkətləri qrupunun şəriki Sergey Sarkisov Moskvadakı qarışıqlıqların gedişatında ermənilər tərəfindən azərbaycanlı biznesmenlərə vurulmuş zərəri ödəməyə hazır olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, bu barədə RBK nəşri məlumat yayıb.
"Bizim ailəmiz azərbaycanlı biznesmenlərin mülkiyyətinə ermənilər tərəfindən ağılsızlıqla və ya yanlış fikirə görə vurulmuş zərərin əvəzini vermək öhdəliyini üzərinə götürür", - deyə onun müraciətinin mətnində bildirilir.
Bundan başqa, Sarkisov erməni və Azərbaycan diasporlarının nümayəndələrini Moskvada qarşıdurmaları qurtarmağa, həmçinin onları təhrik edənləri dayandırmağa çağırıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026