Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfirini qəbul edib

16:59 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycanın Vergilər  naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən, görüş əsnasında nazir və səfir Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər.

“Xüsusilə, təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb”, - məlumatda belə deyilir.