10:48 - 21.05.2020
21 may, Fineko/abc.az. 2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. m3 artımla 13,4 mlrd.m3 qaz hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qaz hasilatının 4,6 mlrd. m3 -i AÇG-dən, 6,4 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur.
Bu ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. m3 qaz ixrac edilib.
Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd.m3 qaz nəql olunub.
İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. m3-dən çox qaz nəql edilib.
15 Oktyabr 2026
15 Oktyabr 2026
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026