16:08 - 12.01.2018
12 yanvar, Fineko/abc.az. Cümə axşamı günü, yanvarın 11-də Azərbaycan prezidenti, ixrac missiyalarının xaricə təşkili proseduruna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, “Made in Azerbaijan” markasının təşviqi məqsədilə, illik ixrac missiyalarının sayı 25-ə çatdırılacaq.
Hazırkı zamana qədər qüvvədə olan qaydalara əsasən, ixrac missiyalarının maksimum illik sayı 10 olmuşdur.
Həmçinin, ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək artırılmış, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılmışdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026