17:25 - 29.04.2020
29 aprel, Fineko/abc.az. 2019-cu ildə Rusiyanın təbii qaz inhisarçısı olan "Qazprom" şirkəti 1,2 trilyon rubl (16,3 milyard ABŞ dolları) məbləğində xalis mənfəət əldə edib.
ABC.AZ "Report"-a istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 17% azdır.
Ötən il "Qazprom" 7,6 trilyon rubl (103,1 milyard ABŞ dolları) gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 7% azdır.
Hesabat dövründə şirkətin borcları isə 5,1% artaraq 31 trilyon rubla (42,1 milyard ABŞ dolları) çatıb.
"Qazprom" mənfəətinin azalmasını Avropaya ixrac etdiyi qazın həcminin 4%, qiymətinin isə 15% azalması ilə izah edib.
Qeyd edək ki, Rusiya şirkəti Avropanın "mavi yanacağ"a olan tələbatının 35%-ni ödəyir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026