17:32 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “AtaSigorta” 2017-ci ilin yekunlarını müəyyən etdi.
Şirkətdən Fineko/abc.az İnformasiya Agentliyinə bildirildi ki, şirkətin keçən ilin yekunları üzrə ümumi yığımlarının həcmi 33% artaraq 12 310 501 manata yüksəlib. 2016-cı ildə isə sığorta şirkəti 9 288 975 manat sığorta haqqı toplamışdır.
“Şirkətin keçən ilin yekunu üzrə ödənişləri 26% artaraq 4 460 6799 manata çatıb, 2016-cı ilin yekunu üzrə isə şirkət 3 542 428 manat ödəmişdir”, - məlumatda belə deyilir.
Şirkətdən bildirildi ki, 2016-cı ildə toplanan hər 100 manatdan 38,1 manatını ödəniş edibsə, 2017-ci ildə bu rəqəm 36,2 manata qədər düşüb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026