12:35 - 6.03.2020
6 mart, Fineko/abc.az. 2020-ci ilin tək fevral ayında Azərbaycanda 328 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
ABC.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 2020-ci ilin fevral ayında qeydiyyata alınan 328 xarici investisiyalı kommersiya qurumunun 326-nın fəaliyyəti aktiv olub, 2-nin fəaliyyəti dayandırılıb. Fevral ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv edilməyib.
2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 34,1 faizi Pakistan, 22 faizi İran, 9,4 faizi Türkiyə, 12,2 faizi Hindistan, 1,8 faizi Şri-Lanka investisiyalı hüquqi şəxslərdir.
Müəllif: Elmir Murad
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026