Dünya Bankı Strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsində Azərbaycanın İqtisadiyyat Nazirliyinin iştirakını təklif etdi

11:00 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyində Dünya Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisləri tərəfindən  strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsi və bu sahədə mövcud beynəlxalq metodologiyanın öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazirliyin məlumatında deyildiyi kimi, görüş zamanı strateji yol xəritələrinin qiymətləndirilməsi ilə bağlı təkliflər, metodologiyanın tətbiqi zamanı nəzərə alınması zəruri olan məsələlər irəli sürülüb.

“Həmçinin, yol xəritələrinin monitorinqi və qiymətləndirilməsində nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı kimi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı təklif olunmuşdur”, - deyə məlumatda bildirilir.