11:00 - 19.12.2017
19 dekabr, Fineko/abc.az. “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti dünən memorandum imzalayıblar.
Azərbaycanın Çexiyadakı səfirliyindən xəbər verildiyi kimi, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıblar.
Məlumatda bildirilir: “Memoranduma əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq”.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026