16:20 - 30.08.2019
30 avqust, Fineko/abc.az. 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 154 milyon dollar təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon dollar və ya 26 % artıb.
Bu barədə “İxrac İcmalı”nın avqust sayında dərc olunub.
Qeyd olunur ki, cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 milyon dollar), Türkiyəyə (37,9 milyon dollar), İsveçrəyə (14,8 milyon dollar) Gürcüstana (14,7 milyon dollar) və Yunanıstana (6,1 milyon dollar) ixrac edilib.
2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon dollar) birinci, albalı və gilas (12,5 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 milyon dollar) üçüncü olub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026